Heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı təlim keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi və “Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsin aidiyyəti əməkdaşları üçün heyvanların identifikasiyası və qeydiyyatı mövzusunda təlim keçirilib.
Təlim zamanı iştirakçılara heyvanların identifikasiyasının üsulları, Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemində (HİQS) qeydiyyatın aparılması, məlumatların elektron bazaya daxil edilməsi, eləcə də sistem üzərindən müvafiq əməliyyatların həyata keçirilməsi qaydaları barədə ətraflı məlumat verilib.
Təlim çərçivəsində heyvanların identifikasiyası prosesinin praktiki şəkildə mənimsənilməsi məqsədilə qulaq seyvanına identifikasiya birkasının vurulması, heyvan barədə məlumatların HİQS-ə daxil edilməsi və sistemdə müvafiq məlumatların işlənməsi üzrə praktiki məşğələlər keçirilib.
Qeyd edilib ki, heyvanların identifikasiyası və qeydiyyatının düzgün aparılması onların hərəkətinin izlənilməsi, heyvanların sayının və təsərrüfatlar üzrə məlumatların dəqiq uçotunun aparılması, həmçinin yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması və epizootik vəziyyətə nəzarətin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikasının ərazisində quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər aparılıb
Naxçıvan Muxtar Respublikasının ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb
Naxçıvan Muxtar Respublikası ərazisindəki balıqçılıq subyektlərində epizootoloji monitorinq keçirilib
Giriş