Azərbaycan Respublikası Nazirlər Kabinetinin
"Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə
təmin edilməsi vəziyyətinin
monitorinqi üzrə meyarlar"in təsdiq edilməsi haqqında
2025-ci il 1 aprel tarixli 94 nömrəli Qərarının icrasının
təmin edilməsi məqsədilə Naxçıvan Muxtar
Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi ilə birgə Şərur şəhərində yerləşən 1 nömrəli tam orta məktəbdə “məktəb və uşaq bağçalarında qida təhlükəsizliyi tələbləri” və “uşaqlar üçün sağlam və balanslı qidalanmanın əsas prinsipləri” mövzularında maarifləndirici görüş keçirilmişdir. Görüşdə Şərur rayonunda fəaliyyət göstərən təhsil və məktəbəqədər təhsil müassisələrinin vəzifəli şəxsləri, qida blokunun işçiləri, valideyinlər və şagirdlər iştirak etmişlər.
Görüş zamanı Agentliyin əməkdaşları tərəfindən bu
istiqamətdə görülmüş işlər və nəzarət tədbirləri, qidalanmanın düzgün təşkili burada ətraflı məlumat vermiş, suallar cavablandırılımışdır və sonda iştirakçılara maarifləndirici bukletlər təqdim olunmuşdur. Bu kimi görüşlər muxtar respublikanın digər rayonlarında da keçiriləcəkdir.
Babək rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilmib.
Culfa rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilib.
Ordubad rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilib
Giriş