Qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların sağlamlığının qorunması və bazarlarda satışı həyata keçirilən məhsulların normativ tələblərə uyğun dövriyyəsinin təşviqi məqsədilə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyində muxtar respublikada fəaliyyət göstərən bazar rəhbərləri ilə maarifləndirici görüş keçirilib.
Görüş zamanı bazarlarda fəaliyyətin təşkilinə dair mövcud qanunvericiliyin tələbləri, qida məhsullarının saxlanılması və satışı zamanı riayət edilməli olan sanitariya-gigiyena normaları, eləcə də bazar rəhbərlərinin məsuliyyət və öhdəlikləri iştirakçıların diqqətinə çatdırılıb.
Xüsusilə yüksək riskli qida məhsullarının, o cümlədən ət və ət məhsulları, süd və süd məhsulları, balıq və balıq məhsulları, quş əti, yumurta və digər tez xarab olan məhsulların satışı zamanı temperatur rejiminə əməl olunması və istehlak üçün təhlükəsizliyinin təmin edilməsinin vacibliyi vurğulanıb.
Görüşdə iştirakçılar ilə qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Bu kimi görüşlərin növbəti aylar ərzində də keçirilməsi nəzərdə tutulur.
Babək rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilmib.
Culfa rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilib.
Ordubad rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilib
Giriş