NQTA sədri Şahbuzda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2026-cı ilin oktyabr ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (NQTA) sədri Səfəralı Nəsirov oktyabrın 16-da saat 11:00-da Şahbuz Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul edəcək. Qəbul zamanı vətəndaşların Agentliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlərinə baxılacaq. Bunlara qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və digər aidiyyəti məsələlər daxildir. Qəbula yazılmaq istəyən vətəndaşlar oktyabrın 15-dək adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşayış ünvanını və əlaqə nömrəsini qeyd etməklə info@nfsa.gov.az elektron poçt ünvanına rəsmi müraciət edə, həmçinin +994 (36) 545-28-83 nömrəsi və ya 1003 Çağrı Mərkəzi vasitəsilə əlaqə saxlaya bilərlər.
“Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” yaradılıb
Aprelin 30-da Naxçıvanda “Sahibkarlar Günü: Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda tədbir keçirilib.
Türkiyə Respublikasının Ticarət Nazirliyinin departament rəhbəri Mustafa Yavuzun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olub.
Giriş