Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar”ın təsdiq edilməsi haqqında 2025-ci il 1 aprel tarixli 94 nömrəli Qərarının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə birgə Sədərək kənd 1 nömrəli tam orta məktəbində “təhsil müəssisələrində qidalanmanın təşkili və sağlam məktəbli” mövzusunda maarifləndirici görüş keçirilmişdir. Görüşdə Sədərək rayonun bir sıra təhsil və məktəbəqədər təhsil müəssisələrinin vəzifəli şəxsləri, qida blokunun işçiləri, valideyinlər və şagirdlər iştirak etmişlər. Görüş zamanı Agentliyin əməkdaşları tərəfindən bu istiqamətdə görülmüş işlər və nəzarət tədbirləri, qidalanmanın düzgün təşkili barədə ətraflı məlumat vermiş, suallar cavablandırılmış və sonda iştirakçılara maarifləndirici bukletlər təqdim olunmuşdur.
Babək rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilmib.
Culfa rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilib.
Ordubad rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilib
Giriş