header-img
Təhlükəsiz qida ilə sağlam gələcəyə!
Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
05 iyun 2025 18:10

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir

İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb.

Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb.

Çap

Naxçıvan Muxtar Respublikasının ərazisində quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər aparılıb

main-news
01 mart 2024 12:14
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 fevral tarixli 1320 nömrəli Sərəncamına əsasən respublikada quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyət...

Naxçıvan Muxtar Respublikasının ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb

main-news
03 dekabr 2024 12:12
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Naxçıvan Muxtar Respublikasının ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələrini açıqlayıb.Cari ilin 26...

Naxçıvan Muxtar Respublikası ərazisindəki balıqçılıq subyektlərində epizootoloji monitorinq keçirilib

main-news
04 fevral 2025 12:18
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının siyahısına daxil edilmiş, həmçinin beynəlxalq ticarət üçün vacib olan balıqların infeksion və invazion xəstəliklərinə qarşı Naxçıvan Muxtar Respublikası ərazis...
Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
img

Qida təhlükəsizliyi – Agentliyin formalaşma prosesi, əsas nəticələr və istiqamətlər