Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkarlanması, yayılmasının qarşısının alınması və bitkiçilik məhsullarının fitosanitar təhlükəsizliyinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət tədbirləri davam etdirilir.
Agentliyin əməkdaşları tərəfindən Şərur rayonunda yerləşən meyvə bağlarında fitosanitar monitorinq aparılıb. Monitorinq zamanı zərərli orqanizmlərlə sirayətlənmə şübhəsi olan ağacların kök, budaq, meyvə və yarpaqlarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.
Laborator müayinələrin nəticələrinə əsasən, götürülmüş nümunələrdə karantin tətbiq edilən zərərli orqanizmlərdən olan Kaliforniya qalxanlı yastıcası (Quadraspidiotus perniciosus Comstock) aşkarlanıb.
Zərərvericinin yayılmasının qarşısının alınması və digər bitkilərə keçmə riskinin minimuma endirilməsi məqsədilə təsərrüfatda aid orqanlarla birlikdə müvafiq sağlamlaşdırma işləri aparılıb, sanitariya və dezinfeksiya tədbirləri həyata keçirilib.
Agentlik tərəfindən karantin zərərli orqanizmlərinin aşkar edilməsi, yayılma ocaqlarının lokallaşdırılması və bitkiçilik məhsullarının fitosanitar təhlükəsizliyinin qorunması istiqamətində nəzarət tədbirləri mütəmadi olaraq davam etdirilir.
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən muxtar respublika ərazisində bitkiçilik təsərrüfatlarında, park və yaşıllıqlarda fitosanitar monitorinqlər aparılır.

Giriş