header-img
Təhlükəsiz qida ilə sağlam gələcəyə!
Naxçıvan Muxtar Respublikasında heyvanların identifikasiyası üzrə pilot layihənin icrası davam etdirilir
27 noyabr 2026 17:48

 

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda ölkə üzrə bütün heyvandarlıq təsərrüfatlarında mövcud olan iribuynuzlu və xırdabuynuzlu heyvanların dövlət büdcəsi hesabına birdəfəlik identifikasiyası tapşırılmışdır. Həmçinin əldə olunan məlumatların “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” və “Elektron kənd təsərrüfatı” informasiya sistemlərinə inteqrasiyası qarşıya mühüm vəzifə kimi qoyulmuşdur.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə dair Tədbirlər Planında da heyvanların identifikasiyası prosesinin davam etdirilməsi nəzərdə tutulub.

Dövlət proqramlarından irəli gələn tapşırıqların icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Babək rayonunun inzibati ərazi vahidləri üzrə heyvanların identifikasiyası prosesinə cari ilin 01 oktyabr tarixindən etibarən pilot layihə olaraq başlanılmışdır.

Pilot layihə çərçivəsində 27 noyabr tarixinədək 15 yaşayış məntəqəsində 152 heyvandarlıq təsərrüfatı əhatə olunmaqla 143 baş iribuynuzlu və 10 723 baş xırdabuynuzlu heyvan identifikasiya edilmiş və məlumatlar AQTİS-in Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminə (HİQS) işlənilmişdir. Cari ilin sonunadək muxtar respublikada ümumilikdə təxminən 500 baş iribuynuzlu və 15 000 baş xırdabuynuzlu heyvanın identifikasiyası nəzərdə tutulur.

Həmçinin identifikasiya olunmuş heyvanların izlənməsi təmin edilmiş və hazırkı dövrədək 42 baş xırdabuynuzlu heyvanın kəsildiyi, 21 başının diri satıldığı, 3 başının isə müxtəlif səbəblərdən tələf olduğu barədə HİQS sisteminə məlumatlar daxil edilmişdir.

Qeyd edək ki, heyvanların fərdi identifikasiyası və qeydiyyatı baytarlıq nəzarətinin gücləndirilməsi, yoluxucu xəstəliklərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Bu sistem vasitəsilə heyvanların fərdi məlumatlarının, hərəkətinin və sağlamlıq vəziyyətinin izlənilməsi, aparılan baytarlıq tədbirlərinin daha dəqiq planlaşdırılması mümkün olur.

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən heyvanların identifikasiyası və qeydiyyatı istiqamətində işlər dövlət proqramlarından irəli gələn vəzifələrə uyğun olaraq davam etdiriləcəkdir.

Çap

Naxçıvan Muxtar Respublikasının ərazisində quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər aparılıb

main-news
01 mart 2024 12:14
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 fevral tarixli 1320 nömrəli Sərəncamına əsasən respublikada quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyət...

Naxçıvan Muxtar Respublikasının ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb

main-news
03 dekabr 2024 12:12
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Naxçıvan Muxtar Respublikasının ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələrini açıqlayıb.Cari ilin 26...

Naxçıvan Muxtar Respublikası ərazisindəki balıqçılıq subyektlərində epizootoloji monitorinq keçirilib

main-news
04 fevral 2025 12:18
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının siyahısına daxil edilmiş, həmçinin beynəlxalq ticarət üçün vacib olan balıqların infeksion və invazion xəstəliklərinə qarşı Naxçıvan Muxtar Respublikası ərazis...
img

Sahibsiz heyvanlara təmasda yoluxma riski var