Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (NQTA) tərəfindən muxtar respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilməsi və qiymətləndirilməsi məqsədilə fitosanitar monitorinqlər davam etdirilir.
Bu çərçivədə Agentliyin fitosanitar müfəttişləri tərəfindən istixana təsərrüfatlarında mütəmadi monitorinqlər aparılır. Monitorinqlər zamanı zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri barədə təsərrüfat sahiblərinə məlumat verilir, çiyələk yetişdirilən istixanalarda Qərb çiçək tripsinə qarşı feromon tələlər quraşdırılır.
Eyni zamanda aqrokimyəvi maddələrin və pestisidlərin saxlanılması və istifadəsi zamanı təhlükəsizlik qaydalarına riayət olunması vəziyyəti yerində qiymətləndirilir, sahibkarlara müvafiq tövsiyələr təqdim edilir. Bildirilir ki, bu vasitələrdən istifadə zamanı texniki təhlükəsizlik qaydalarına və tətbiq təlimatlarına düzgün riayət edilməsi ətraf mühitin və insan sağlamlığının qorunmasına, həmçinin məhsuldarlığın artırılmasına xidmət edir.
Sonda sahibkarları maraqlandıran məsələlər üzrə suallar cavablandırılıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunan "Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları"nın ümumi tələbləri ilə bağlı təlimdə Naxçıvan Muxtar Respulikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları iştirak ediblər
“Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” yaradılıb
Türkiyə Respublikasının Ticarət Nazirliyinin departament rəhbəri Mustafa Yavuzun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olub.
Giriş