Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2026-cı il 21 yanvar tarixli 210-07/S nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının ərazisinin heyvan xəstəliklərindən azad zona elan edilməsi məqsədilə müvafiq hazırlıq işlərinin görülməsi üçün fəaliyyətin təkşili ilə bağlı Tədbirlər Planı”nın 1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Agentlik tərəfindən aidiyyəti qurumlarla birgə Kəngərli, Culfa və Ordubad rayonlarında maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbir çərçivəsində sahibkarlara “Heyvanlarda profilaktiki peyvəndləmənin əhəmiyyəti” və “Baytarlıq - sanitariya norma və qaydaları, bu qaydalara riayət etməyin sahibkarlar üçün əhəmiyyəti” mövzularında ətraflı məlumat verilmişdir. Eyni zamanda sahibkarları maraqlandıran suallar cavablandırılmış, sonda isə maarifləndirici bukletlər paylanılmışdır.
Babək rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilmib.
Culfa rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilib.
Ordubad rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilib
Giriş