Kütləvi qida zəhərlənməsi baş vermiş dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. 9 nəfərin qida zəhərlənməsinə səbəb olan Naxçıvan şəhəri Ə.Əliyev küçəsi, ev 20 ünvanında fəaliyyət göstərən fiziki şəxs Məmmədov Cəbrayıl Natiq oğluna məxsus “Tac dönər” adlı dönərxanada Agentliyin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilmişdir. Yoxlama zamanı dönərxanada normativ tələblərin pozulduğu məlum olub. Belə ki, məhsulların müvafiq temperaturda saxlanılmadığı, temperaturun monitorinqinin həyata keçirilmədiyi və qeydiyyatının aparılmadığı, içkilərin birbaşa günəş şüaları altında saxlanıldığı, soyuducularda mal qonşuluğu prinsipinə əməl olunmadığı aşkarlanmışdır. Şübhəli məhsul hesab edilən mayonez, sous, ət və toyuq dönərlərindən nümunələr seçilərək analizlərin aparılması üçün Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilmişdir. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilmiş və dönərxananın dönər emalı hissəsinin fəaliyyəti məhdudlaşdırılmışdır.
Supermarketdə plandankənar yoxlamalar aparılıb

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mənşəyi bilinməyən saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

