Xalqımızın dini və milli-mənəvi dəyərlərinin təcəssümü hesab olunan Qurban bayramı bu il ölkəmizdə 27, 28 may tarixlərində qeyd ediləcəkdir.
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun və rahat şəraitdə həyata keçirilməsi məqsədilə muxtar respublika üzrə 9 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq ki, ondan 4-ü müasir tələblərə cavab verən, bütün zəruri avadanlıqlarla təchiz olunmuş səyyar heyvan kəsimi çadırlarıdır. Bunlardan 7-də həm kəsim, həm satış, 2-də isə yalnız diri heyvanların satışı təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq.
Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunan "Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları"nın ümumi tələbləri ilə bağlı təlimdə Naxçıvan Muxtar Respulikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları iştirak ediblər
Naxçıvan Tibb Kollecində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Healthy Life: Region Gənclərinin Sağlam Həyat Tərzi” formunda Agentliyin şöbə müdiri Orxan Orucov panel müzakirədə “Sağlam qida vərdişləri: Müasir çağırışlar və imkanlar” mövzusunda çıxış edib, forum iştirakçılarının sualları cavablandırılıb.
Babək rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilib
Giriş