header-img
Təhlükəsiz qida ilə sağlam gələcəyə!
Muxtar respublika üzrə qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar
24 may 2025 09:53

Xalqımızın dini və milli-mənəvi dəyərlərinin təcəssümü hesab olunan Qurban bayramı bu il ölkəmizdə 6, 7 iyun tarixlərində qeyd ediləcəkdir.  

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.

Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun və rahat şəraitdə həyata keçirilməsi məqsədilə muxtar respublika üzrə 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq ki, ondan 4-ü müasir tələblərə cavab verən, bütün zəruri avadanlıqlarla təchiz olunmuş səyyar heyvan kəsimi çadırlarıdır.  Bunlardan 6-da həm kəsim, həm satış, 1-də yalnız heyvan kəsimi xidmətləri, 1-də isə yalnız diri heyvanların satışı təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. 

Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər.

Çap

“Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” yaradılıb

main-news
18 mart 2024 04:50
  Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun 18 mart 2024-cü il tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin...

Aprelin 30-da Naxçıvanda “Sahibkarlar Günü: Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda tədbir keçirilib.

main-news
30 aprel 2024 21:13
  Aprelin 30-da Naxçıvanda “Sahibkarlar Günü: Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda tədbir keçirilib. ...

Türkiyə Respublikasının Ticarət Nazirliyinin departament rəhbəri Mustafa Yavuzun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olub.

main-news
15 may 2024 21:30
Səfər çərçivəsində qonaqlar Ümummilli Liderimizin Naxçıvan şəhərindəki abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təşəbbüsü, Naxçıvan Muxt...
Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
img

“Təhsil müəssisələrində qidalanmanın təşkili və sağlam məktəbli” mövzusunda maarifləndirici görüş keçirilib.