İyunun 6-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə karyera sərgisinin açılış tədbiri keçirilib.
Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində təşkil olunan sərgidə gənclər üçün iş və təcrübə imkanları təqdim edilib.
İştirakçılar tərəfindən 2 gün ərzində ümumilikdə 50 müraciət daxil olub və 12 CV təqdim edilib. Müraciətçilər Agentliyin fəaliyyət istiqamətlərini özündə əks etdirən broşürlərlə, o cümlədən vakansiyalarla bağlı məlumatla tanış olub, məsul əməkdaşımız tərəfindən onları maraqlandıran məsələlələr ətrafında geniş şəkildə məlumatlandırılıblar.
Sərgi yekunlaşdıqdan sonra müraciətlər daha geniş təhlil olunaraq qanunvericiliyin tələbləri əsasında müvafiq prosedurlar icra olunacaqdır.
Məşğulluğa dəstək məqsədilə keçirilən sərgi iyunun 8-də yekunlaşacaq.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunan "Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları"nın ümumi tələbləri ilə bağlı təlimdə Naxçıvan Muxtar Respulikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları iştirak ediblər
“Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” yaradılıb
Türkiyə Respublikasının Ticarət Nazirliyinin departament rəhbəri Mustafa Yavuzun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olub.
Giriş