Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyində “Kiber cinayətkarlıq və ona qarşı mübarizə üsulları'' mövzusunda tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin aidiyyatı əməkdaşları ilə birgə Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyində “Kiber cinayətkarlıq və ona qarşı mübarizə üsulları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Vasif Orucov giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətdən danışıb.
Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək bildirmişdir ki, kibercinayətkarlıq - qlobal sosial bəla hesab olunur və insan hüquqlarına, demokratiyaya və qanunun aliliyinə, eləcə də beynəlxalq sülh və sabitliyə qarşı əhəmiyyətli təhlükəyə çevrilməklə, böyük ictimai-siyasi təsirlərə malikdir. Buna görə də kibercinayətkarlığa qarşı ölkəmizdə qabaqlayıcı tədbirlər görülür və bu istiqamətdə maarifləndirmənin mühüm rolu vardır. Tədbirdə həmçinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət-axtarış idarəsinin Kibercinayətkarlıqla Mübarizə bölməsinin əməkdaşı Əli Qasımlı və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin Maliyyə bazarı iştirakçılarının hüquqlarının müdafiəsi bölməsinin əməkdaşı Mərhəmət Bayramov mövzu ilə bağlı çıxış ediblər.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunan "Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları"nın ümumi tələbləri ilə bağlı təlimdə Naxçıvan Muxtar Respulikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları iştirak ediblər
“Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” yaradılıb
Türkiyə Respublikasının Ticarət Nazirliyinin departament rəhbəri Mustafa Yavuzun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olub.
Giriş