header-img
Təhlükəsiz qida ilə sağlam gələcəyə!
Naxçıvan Muxtar Respublikasının Qida təhlükəsizliyi Agentliyində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
13 noyabr 2025 18:12

Naxçıvan Muxtar Respublikasının Qida təhlükəsizliyi Agentliyində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətənin qəhrəman övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Agentliyin sədri Səfəralı Nəsirov çıxış edərək bildirib ki, Konstitusiya hər bir dövlətin siyasi-hüquqi sisteminin təməlini təşkil edən, onun suverenliyini və hüquqi statusunu müəyyən edən ali normativ-hüquqi sənəddir. Konstitusiya həmçinin ölkənin sosial-iqtisadi inkişaf istiqamətlərini, dövlət orqanlarının səlahiyyət bölgüsünü və vətəndaşların hüquq və azadlıqlarının təminat mexanizmlərini müəyyənləşdirir.
Vurğulanıb ki, müəllifi Ulu Öndər Heydər Əliyev olan Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də qəbul olunmuş, sonrakı illərdə - 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar nəticəsində bir sıra mühüm dəyişikliklərə uğramışdır. Bu dəyişikliklər Konstitusiyanın demokratik prinsiplərə uyğun təkmilləşdirilməsini, hüquqi sistemin beynəlxalq standartlara inteqrasiyasını və vətəndaşların hüquqlarının daha geniş təmin olunmasını hədəfləmişdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Konstitusiyası ölkənin bütün ərazisində hüquqi dövlət prinsiplərini gücləndirir, demokratik idarəetmənin bərqərar olmasına və vətəndaş hüquqlarının institusional müdafiəsinə xidmət edir: “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən tədbirlər dövlətçiliyimizin əsaslarını möhkəmləndirir və Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji inkişaf xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bir daha təsdiq edir”.
Sonda çıxışlar dinlənilib və Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Çap

“Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” yaradılıb

main-news
18 mart 2024 04:50
  Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun 18 mart 2024-cü il tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin...

Aprelin 30-da Naxçıvanda “Sahibkarlar Günü: Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda tədbir keçirilib.

main-news
30 aprel 2024 21:13
  Aprelin 30-da Naxçıvanda “Sahibkarlar Günü: Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda tədbir keçirilib. ...

Türkiyə Respublikasının Ticarət Nazirliyinin departament rəhbəri Mustafa Yavuzun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olub.

main-news
15 may 2024 21:30
Səfər çərçivəsində qonaqlar Ümummilli Liderimizin Naxçıvan şəhərindəki abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təşəbbüsü, Naxçıvan Muxt...
Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
img

Agentliyin Qida zəncirinə nəzarət şöbəsinin müdiri Orxan Orucov cari ilin ilk yeddi ayı ərzində qida təhlükəsizliyi sahəsində görülmüş işlər barəsində məlumat verib.