Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyində qida və yem məhsullarının idxalçıları ilə “idxal prosedurları və elektron bildirişlərin bəyan edilməsi qaydaları” ilə bağlı maarifləndirici görüş keçirilib
03 aprel 2025 07:23
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyində qida və yem məhsullarının idxalçıları ilə “idxal prosedurları və elektron bildirişlərin bəyan edilməsi qaydaları” ilə bağlı maarifləndirici görüş keçirilmişdir. Görüşdə sahibkarlara idxal qaydaları ilə bağlı qanunvericiliyin tələbləri, Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) bildirişlərin daxil edilməsi qaydaları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindəki son dəyişikliklərə əsasən qida və yem məhsullarının, həmçinin qida məhsulları ilə təmasda olan material və məmulatların bildiriş göndərilmədən ölkə ərazisinə idxal olması ilə bağlı tətbiq olunacaq inzibati tədbirlər barədə məlumat verilmiş, sahibkarları maraqlandıran suallar cavablandırılmışdır. Tədbirin sonunda sahibkarlara maarifləndirici bildirişlər təqdim edilmişdir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunan "Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları"nın ümumi tələbləri ilə bağlı təlimdə Naxçıvan Muxtar Respulikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları iştirak ediblər

28 fevral 2024 04:13
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunan "Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları"nın ümumi tələbləri ilə bağlı ...
Naxçıvan Tibb Kollecində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Healthy Life: Region Gənclərinin Sağlam Həyat Tərzi” formunda Agentliyin şöbə müdiri Orxan Orucov panel müzakirədə “Sağlam qida vərdişləri: Müasir çağırışlar və imkanlar” mövzusunda çıxış edib, forum iştirakçılarının sualları cavablandırılıb.

30 oktyabr 2024 04:18
Naxçıvan Tibb Kollecində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Healthy Life: Region Gənclərinin Sağlam ...
Babək rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilib

11 mart 2024 03:42
Babək rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyen...
Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
