Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyində “Sülh aylığı” çərçivəsində sülhün mahiyyəti, cəmiyyətdə əmin-amanlığın qorunması və humanist dəyərlərin təşviqi mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə sülhün insanların təhlükəsiz və firavan həyatının, cəmiyyətin sabitliyinin və davamlı inkişafının əsas şərtlərindən biri olduğu diqqətə çatdırılıb. Qarşılıqlı hörmət, dözümlülük və anlaşma prinsiplərinin təşviqinin cəmiyyətdə sağlam münasibətlərin formalaşmasında əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, sülhə əsaslanan cəmiyyətin qurulması hər kəsin üzərinə məsuliyyət qoyur. Bu baxımdan, sülh düşüncəsinin təşviqi, humanizm və birgəyaşayış dəyərlərinin aşılanması, eləcə də maarifləndirmə tədbirlərinin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Tədbir mövzu ətrafında müzakirələr və fikir mübadiləsi ilə davam edib.
Babək rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilmib.
Culfa rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilib.
Ordubad rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilib
Giriş