header-img
Təhlükəsiz qida ilə sağlam gələcəyə!
NQTA sədri Səfəralı Nəsirov Agentliyin və tabeliyindəki qurumların rəhbər heyəti ilə birlikdə şəhid məzarlarını ziyarət ediblər
29 sentyabr 2025 14:55

27 Sentyabr – Anım Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Səfəralı Nəsirov Agentliyin və tabeliyindəki qurumların rəhbər heyəti ilə birlikdə ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş igid Vətən övladlarının məzarlarını ziyarət ediblər. Ziyarət zamanı şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, məzarları önünə gül dəstələri qoyulub.

Daha sonra şəhid ailələri ilə görüşlər keçirilib. Agentliyin sədri Səfəralı Nəsirov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində davam edən və Zəfərlə yekunlaşan müharibə zamanı şəhid olan igidlərimizin əziz xatirəsinin əbədiyyən xalqımızın yaddaşına həkk olunduğunu vurğulayıb. Bildirilib ki, şəhidlərimizin müqəddəs xatirəsi daim qəlbimizdə yaşayır və onların keçdiyi şərəfli həyat yolu gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin adını uca tutmaq, onların xatirəsini əbədiləşdirmək, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər bir vətəndaşın müqəddəs borcudur.

 

Şəhidlərimizin valideynlərinə belə qəhrəman övladlar yetişdirdiklərinə görə minnətdarlıq bildirilib, şəhid yaxınlarının bundan sonra da dövlətin diqqət və qayğısı ilə əhatə olunacağı vurğulanıb.

Çap

“Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” yaradılıb

main-news
18 mart 2024 04:50
  Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun 18 mart 2024-cü il tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin...

Aprelin 30-da Naxçıvanda “Sahibkarlar Günü: Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda tədbir keçirilib.

main-news
30 aprel 2024 21:13
  Aprelin 30-da Naxçıvanda “Sahibkarlar Günü: Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda tədbir keçirilib. ...

Türkiyə Respublikasının Ticarət Nazirliyinin departament rəhbəri Mustafa Yavuzun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olub.

main-news
15 may 2024 21:30
Səfər çərçivəsində qonaqlar Ümummilli Liderimizin Naxçıvan şəhərindəki abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təşəbbüsü, Naxçıvan Muxt...
Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
img

Agentliyin Qida zəncirinə nəzarət şöbəsinin müdiri Orxan Orucov cari ilin ilk yeddi ayı ərzində qida təhlükəsizliyi sahəsində görülmüş işlər barəsində məlumat verib.