header-img
Təhlükəsiz qida ilə sağlam gələcəyə!
Naxçıvan Muxtar Respublikasının Qida təhlükəsizliyi Agnetliyində 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib.
23 sentyabr 2025 17:22

Naxçıvan Muxtar Respublikasının Qida təhlükəsizliyi Agnetliyində 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları ilk olaraq Azərbaycanın dövlət suverenliyinin bərpası uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Agentliyin sədri Səfəralı Nəsirov beş il əvvəl Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində düşmən üzərində tarixi qələbə qazanaraq 30 illik işğala son qoyduğunu bildirib. Döyüş meydanında əldə edilən şanlı zəfərin davamı olaraq 2023-cü ilin sentyabr ayında aparılan birgünlük əməliyyat nəticəsində dövlət suverenliyimiz tam bərqərar edilib. Dövlət Suverenliyi Gününün təsis olunması həmin dəyərlərin əbədiləşdirilməsi və gələcək nəsillərə dövlətçiliyimizin möhtəşəm rəmzi kimi ötürülməsi baxımından mühüm tarixi hadisədir.
Qeyd olunub ki, dövlət müstəqilliyimizin möhkəmlənməsində və dövlətçilik ənənələrinin qorunub saxlanılmasında müstəsna rolu olan Ulu Öndər Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı alınıb. Sonrakı illərdə isə Prezident İlham Əliyevin siyasi iradəsi, uzaqgörən strategiyası və qətiyyətli mübarizəsi sayəsində Azərbaycan dövlətçiliyi möhkəmlənib, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin olunub.

Daha sonra çıxışlar dinlənilib və videoçarx nümayiş etdirilib.

Çap

“Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” yaradılıb

main-news
18 mart 2024 04:50
  Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun 18 mart 2024-cü il tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin...

Aprelin 30-da Naxçıvanda “Sahibkarlar Günü: Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda tədbir keçirilib.

main-news
30 aprel 2024 21:13
  Aprelin 30-da Naxçıvanda “Sahibkarlar Günü: Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda tədbir keçirilib. ...

Türkiyə Respublikasının Ticarət Nazirliyinin departament rəhbəri Mustafa Yavuzun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olub.

main-news
15 may 2024 21:30
Səfər çərçivəsində qonaqlar Ümummilli Liderimizin Naxçıvan şəhərindəki abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təşəbbüsü, Naxçıvan Muxt...
Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
img

Agentliyin Qida zəncirinə nəzarət şöbəsinin müdiri Orxan Orucov cari ilin ilk yeddi ayı ərzində qida təhlükəsizliyi sahəsində görülmüş işlər barəsində məlumat verib.