header-img
Təhlükəsiz qida ilə sağlam gələcəyə!
Naxçıvanda zərərvericilərdən azad zonaların yaradılması ilə bağlı tədbirlər görülür
18 avqust 2025 09:50

Zərərvericilərdən azad zonaların yaradılması imkanlarının nəzərdən keçirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Babək, Culfa, Şərur, Sədərək, Ordubad və Şahbuz rayonlarında genişmiqyaslı fitosanitar monitorinqlər keçirib.

Monitorinqlər zamanı müxtəlif bitkilərdən ümumilikdə 34 nümunə götürülərək laborator müayinələrə cəlb edilib, 8 növ zərərvericinin mövcudluğunu müəyyən etmək üçün 60 ədəd feromon tələ quraşdırılıb. Monitorinqlər nəticəsində karantin tətbiq edilən növlərdən Meyvə ağaclarının yanığı, Sürünən kəkrə, Sarı sarmaşıq və Kaliforniya çanaqlı yastıcasına rast gəlinib. Bununla bağlı müvafiq fitosanitar tədbirlər görülüb.

Naxçıvan ərazisində meyvə bağlarının əlverişli coğrafi mövqedə yerləşməsi, relyef və iqlim şərtlərinin izolyasiyaedici xüsusiyyətləri qeyd olunan ərazilərin zərərli orqanizmdən azad zona və azad istehsal sahələrinin yaradılması baxımından əlverişli potensiala malik olduğunu göstərir.

Qeyd edək ki, zərərli orqanizmdən azad zona, istehsal sahəsi və istehsal yeri bitki və bitkiçilik məhsullarının beynəlxalq ticarəti zamanı idxalçı ölkələrin fitosanitar idxal tələblərinə uyğunluğunun təsdiqi məqsədilə yaradılıb, əlavə fitosanitar tədbirlər aparılmadan ixrac prosesinin asanlaşdırılmasından və potensialının gücləndirilməsindən ibarətdir.

Çap

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən muxtar respublika ərazisində bitkiçilik təsərrüfatlarında, park və yaşıllıqlarda fitosanitar monitorinqlər aparılır.

main-news
16 iyul 2024 00:37
İyul ayının 16-da Agentliyin əməkdaşları tərəfindən Şərur,Kəngərli və Sədərək rayonları ərazisində monitorinqlər aparılıb.Muxtar respublika ərazisində fitosanitar sabitliyin qorunması məqsədilə digər ...

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən muxtar respublika ərazisində bitkiçilik təsərrüfatlarında, park və yaşıllıqlarda fitosanitar monitorinqlər aparılır.

main-news
16 iyul 2024 00:39
İyul ayının 15-də Agentliyin əməkdaşları tərəfindən Şahbuz rayonu ərazisində monitorinqlər aparılıb.Muxtar respublika ərazisində fitosanitar sabitliyin qorunması məqsədilə digər tədbirlərlə yanaşı, ka...

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən muxtar respublika ərazisində bitkiçilik təsərrüfatlarında, park və yaşıllıqlarda fitosanitar monitorinqlər aparılır.

main-news
17 iyul 2024 00:42
İyul ayının 17-də Agentliyin əməkdaşları tərəfindən Babək və Culfa rayonları ərazisində monitorinqlər aparılıb.Muxtar respublika ərazisində fitosanitar sabitliyin qorunması məqsədilə digər tədbirlərlə...
Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
img

Qida təhlükəsizliyi – Agentliyin formalaşma prosesi, əsas nəticələr və istiqamətlər