header-img
Təhlükəsiz qida ilə sağlam gələcəyə!
NQTA-nın fitosanitar müfəttişləri istixanalarda monitorinq keçirib
28 aprel 2025 12:53

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (NQTA) muxtar respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilib qiymətləndirilməsi məqsədilə fitosanitar müşahidələri davam etdirir.

 

Bu məqsədlə NQTA-nın fitosanitar müfəttişləri tərəfindən muxtar respublika ərazisində yerləşən 38  istixanada monitorinqlər keçirilib. 

 

 Monitorinqlər zamanı istixanalarda zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri barədə təsərrüfat sahiblərinə məlumat verilib. Həmçinin fitosanitar müfəttişlər aqrokimyəvi maddələrin və pestisidlərin saxlanması və istifadəsi zamanı təhlükəsizliyin təmin olunması ilə yerində tanış olub, müvafiq tövsiyələr veriblər. Bildirilib ki, aqrokimyəvi maddələr və pestisidlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydalarına və tətbiq olunma təlimatına dəqiq, düzgün riayət edildikdə ətraf mühit və insan sağlamlığına mənfi təsir göstərmir. Əksinə düzgün istifadə məhsul itkisinin qarşısını alır, məhsuldarlığı və keyfiyyəti yaxşılaşdırır.

 

Sonda NQTA mütəxəssisləri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb.

 

 

 

 

 

 

 

 

 

Çap

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən muxtar respublika ərazisində bitkiçilik təsərrüfatlarında, park və yaşıllıqlarda fitosanitar monitorinqlər aparılır.

main-news
16 iyul 2024 00:37
İyul ayının 16-da Agentliyin əməkdaşları tərəfindən Şərur,Kəngərli və Sədərək rayonları ərazisində monitorinqlər aparılıb.Muxtar respublika ərazisində fitosanitar sabitliyin qorunması məqsədilə digər ...

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən muxtar respublika ərazisində bitkiçilik təsərrüfatlarında, park və yaşıllıqlarda fitosanitar monitorinqlər aparılır.

main-news
16 iyul 2024 00:39
İyul ayının 15-də Agentliyin əməkdaşları tərəfindən Şahbuz rayonu ərazisində monitorinqlər aparılıb.Muxtar respublika ərazisində fitosanitar sabitliyin qorunması məqsədilə digər tədbirlərlə yanaşı, ka...

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən muxtar respublika ərazisində bitkiçilik təsərrüfatlarında, park və yaşıllıqlarda fitosanitar monitorinqlər aparılır.

main-news
17 iyul 2024 00:42
İyul ayının 17-də Agentliyin əməkdaşları tərəfindən Babək və Culfa rayonları ərazisində monitorinqlər aparılıb.Muxtar respublika ərazisində fitosanitar sabitliyin qorunması məqsədilə digər tədbirlərlə...
Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
img

Milli Monitorinq Planına uyğun olaraq muxtar respublika ərazisində feromon tələlər quraşdırılır

Digərləri