NQTA sədri Şərurda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2025-ci ilin iyul ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (NQTA) sədri Səfəralı Nəsirov iyul ayının 17-si saat 11:00-da Şərur Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Vətəndaşlar Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə, info@nfsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya +994 (36) 545-28-83 nömrəsi ilə əlaqə saxlayaraq iyulun 16-dək qəbula yazıla bilərlər.
“Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” yaradılıb
Aprelin 30-da Naxçıvanda “Sahibkarlar Günü: Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda tədbir keçirilib.
Türkiyə Respublikasının Ticarət Nazirliyinin departament rəhbəri Mustafa Yavuzun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olub.
Giriş