Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Səfəralı Nəsirov Naxçıvan şəhəri, Əliabad qəsəbəsində tikintisi davam edən kəsim məntəqəsi və heyvan satışı bazarında olub, aparılan işlərin gedişi ilə yerində tanış olub.
Baxış zamanı obyektin mövcud vəziyyəti, tikinti işlərinin keyfiyyəti, həmçinin gələcəkdə tətbiq olunacaq sanitariya-gigiyena və baytarlıq nəzarəti tədbirlərinin aparılmasına uyğunluğu ətraflı müzakirə edilib. Qeyd olunub ki, layihənin əsas məqsədi heyvanların satışının və kəsiminin müasir standartlara uyğun təşkili, qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunmasıdır.
Eyni zamanda vurğulanıb ki, bu cür infrastruktur layihələrinin həyata keçirilməsi regionda qida təhlükəsizliyinin daha da gücləndirilməsinə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə mühüm töhfə verəcəkdir.
“Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” yaradılıb
Aprelin 30-da Naxçıvanda “Sahibkarlar Günü: Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda tədbir keçirilib.
Türkiyə Respublikasının Ticarət Nazirliyinin departament rəhbəri Mustafa Yavuzun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olub.
Giriş