Ordubad rayonunda fəaliyyət göstərən çörək emalı müəssisəsində ciddi nöqsanlar aşkarlandı
11 sentyabr 2025 14:47
Agentlik tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Ordubad rayonu Xanağa kəndində fəaliyyət göstərən Ağayev Allahverdi Muxtar oğluna məxsus çörək emalı müəssisəsində bir sıra nöqsanlar aşkar edilmişdir. Belə ki, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi aşkarlanmışdır. Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilmişdir. Agentlik tərəfindən bu kimi halların baş verməməsi məqsədilə bütün qida obyektləri dəfələrlə maarifləndirilmiş və müvafiq göstərişlər verilmişdir. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcəkdir.
Supermarketdə plandankənar yoxlamalar aparılıb
18 mart 2024 12:35
Daxil olmuş şikayət əsasında Agentliyin əməkdaşları tərəfindən Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, ev 2D ünvanında fəaliyyət göstərən “Bolmart” supermarketində plandankənar yoxlama həyata keçirilmiş, yo...
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mənşəyi bilinməyən saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
28 mart 2024 00:14
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri zamanı satış yerlərində olan “Saklıvadi” əmtəə nişanlı zeytun yağlarının fərqli qablaşdırılması və ...
Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
Giriş