“Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planı”na uyğun olaraq, 2026-cı ilin 2–6 fevral tarixlərində Naxçıvan Muxtar Respublikası ərazisində növbəti epizootoloji monitorinqlər həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə muxtar respublikanın təbiət ərazilərində və su hövzələri ətrafında vəhşi quşlara ümumi baxış keçirilmişdir. Xəstəlik törədicisinin mövcudluğunu müəyyən etmək məqsədilə vəhşi quşlar ovlanmış, götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu PHŞ-nin Mərkəzi Baytarlıq Laboratoriyasına müayinə üçün göndərilmişdir.
Eyni zamanda sənaye əsaslı müxtəlif tutumlu quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında monitorinqlər aparılmış, müxtəlif növ ev quşlarından diaqnostik nümunələr götürülərək Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu PHŞ-nin Mərkəzi Baytarlıq Laboratoriyasına müayinə məqsədilə təqdim edilmişdir. Bununla yanaşı, baytarlıq norma və qaydalarına riayət olunmasının təmin edilməsi üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilmiş, epizootoloji məlumatlar toplanaraq təhlil olunmuşdur.
Monitorinqlər çərçivəsində müşahidə aparılan ərazilər barədə məlumatlar “Epicollect5” proqramına daxil edilmişdir.
Naxçıvan Muxtar Respublikasının ərazisində quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər aparılıb
Naxçıvan Muxtar Respublikasının ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb
Naxçıvan Muxtar Respublikası ərazisindəki balıqçılıq subyektlərində epizootoloji monitorinq keçirilib
Giriş