header-img
Təhlükəsiz qida ilə sağlam gələcəyə!
Quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinqlər keçiriləcək.
13 yanvar 2024 03:33

Quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinqlər keçiriləcək.

Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, 2025-ci ilin 13-17 yanvar tarixlərində muxtar respublika ərazisində növbəti epizootoloji monitorinqlər keçiriləcək.

Bununla əlaqədar risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, çaysahili zonalar və digər ərazilərini əhatə etməklə ərazi ilə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və həmin müddətdə respublikada fəaliyyət göstərən bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək.

Tədbirlər müddətində götürülmüş nümunələrin İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq.

Çap

Naxçıvan Muxtar Respublikasının ərazisində quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər aparılıb

main-news
01 mart 2024 12:14
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 fevral tarixli 1320 nömrəli Sərəncamına əsasən respublikada quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyət...

Naxçıvan Muxtar Respublikasının ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb

main-news
03 dekabr 2024 12:12
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Naxçıvan Muxtar Respublikasının ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələrini açıqlayıb.Cari ilin 26...

Naxçıvan Muxtar Respublikası ərazisindəki balıqçılıq subyektlərində epizootoloji monitorinq keçirilib

main-news
04 fevral 2025 12:18
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının siyahısına daxil edilmiş, həmçinin beynəlxalq ticarət üçün vacib olan balıqların infeksion və invazion xəstəliklərinə qarşı Naxçıvan Muxtar Respublikası ərazis...
Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
img

Agentliyin qida zəncirinə nəzarət şöbəsinin müdiri Orxan Orucov Naxçıvan televiziyasında yayınlanan “Günaydın” verilişinin qonağı olub. Verilişdə muxtar respublikada dönərxanalarda baş vermiş qida zəhərlənmələri və aparılan nəzarət tədbirləri barədə məlumat verib

Digərləri