Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Şahbuz şəhəri, H. Əliyev prospektində fəaliyyət göstərən, Quliyev Nurlan Əziz oğluna məxsus ictimai iaşə obyektində planlı yoxlama həyata keçirilib.
Yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, istifadə olunan alət və avadanlıqların lazımi qaydada təmizlənmədiyi və dezinfeksiya olunmadığı, işçi heyəti tərəfindən gigiyena qaydalarına riayət edilmədiyi, xüsusi geyim formasının olmadığı, divar səthlərinin dezinfeksiyaedici maddələrin təsirinə davamlı olmadığı, həmçinin saxlanılan və satışa təqdim olunan pivə məhsulunun temperatur rejiminə əməl edilmədiyi müəyyən edilmişdir.
Aşkarlanmış nöqsanların aradan qaldırılması məqsədilə sahibkara icrası məcburi göstərişlər verilmiş və barəsində inzibati protokol tərtib olunmuşdur.
Qeyd edək ki, bu kimi halların qarşısının alınması məqsədilə Agentlik tərəfindən qida obyektlərində mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir və sahibkarlara müvafiq tövsiyələr verilir.
İstehlakçı hüquqlarının qorunması istiqamətində nəzarət tədbirləri davam etdirilir, aşkar edilmiş nöqsanlarla bağlı zəruri tədbirlər görüləcəkdir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunan "Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları"nın ümumi tələbləri ilə bağlı təlimdə Naxçıvan Muxtar Respulikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları iştirak ediblər
“Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” yaradılıb
Türkiyə Respublikasının Ticarət Nazirliyinin departament rəhbəri Mustafa Yavuzun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olub.
Giriş