Səfəralı Nəsirov Culfada vətəndaşları qəbul edib
31 mart 2026 09:15
Səfəralı Nəsirov Culfada vətəndaşları qəbul edib
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (NQTA) sədri Səfəralı Nəsirov martın 19-da Culfa Rayon İcra Hakimiyyətində vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Agentliyin sədri Səfəralı Nəsirov və Culfa Rayon İcra Hakimiyyətinin başçısının müavini, icra hakimiyyəti başçısı vəzifələrini müvəqqəti icra edən Sara Hüseynova Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
NQTA-nın məsul əməkdaşlarının iştirakı ilə keçirilmiş qəbula gələn vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb
NQTA sədri vətəndaşların qəbulu ilə əlaqədar Culfa rayonuna səfəri çərçivəsində göbələk istehsalı təsərrüfatına baxış keçirib.
“Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” yaradılıb
18 mart 2024 04:50
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun 18 mart 2024-cü il tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin...
Aprelin 30-da Naxçıvanda “Sahibkarlar Günü: Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda tədbir keçirilib.
30 aprel 2024 21:13
Aprelin 30-da Naxçıvanda “Sahibkarlar Günü: Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda tədbir keçirilib.
...
Türkiyə Respublikasının Ticarət Nazirliyinin departament rəhbəri Mustafa Yavuzun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olub.
15 may 2024 21:30
Səfər çərçivəsində qonaqlar Ümummilli Liderimizin Naxçıvan şəhərindəki abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təşəbbüsü, Naxçıvan Muxt...
Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
Giriş