header-img
Təhlükəsiz qida ilə sağlam gələcəyə!
Şirniyyat istehsalı müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
09 aprel 2024 00:32

Agentlik əməkdaşları tərəfindən Naxçıvan şəhərində fəaliyyət göstərən şirniyyat istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının, gigiyena normativlərinin tələblərinə əməl olunmadığı aşkar edilib. Belə ki, satışa təqdim olunan şirniyyat məhsullarının üzərində zəruri məlumatların olmadığı, xammal kimi istifadə olunan məhsulların istehsal sahəsində saxlanıldığı, yararlılıq müddəti ötmüş məhsulların satışının həyata keçirildiyi və işçi heyətinin dövri tibbi müayinədən keçmədiyi müəyyədən edilib. Aşkar olunmuş nöqsanlarla bağlı sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib. Agentlik tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ardıcıl tədbirlər davam etdiriləcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Çap

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunan "Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları"nın ümumi tələbləri ilə bağlı təlimdə Naxçıvan Muxtar Respulikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları iştirak ediblər

main-news
28 fevral 2024 04:13
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunan "Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları"nın ümumi tələbləri ilə bağlı ...

Naxçıvan Tibb Kollecində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Healthy Life: Region Gənclərinin Sağlam Həyat Tərzi” formunda Agentliyin şöbə müdiri Orxan Orucov panel müzakirədə “Sağlam qida vərdişləri: Müasir çağırışlar və imkanlar” mövzusunda çıxış edib, forum iştirakçılarının sualları cavablandırılıb.

main-news
30 oktyabr 2024 04:18
  Naxçıvan Tibb Kollecində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Healthy Life: Region Gənclərinin Sağlam ...

Babək rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilib

main-news
11 mart 2024 03:42
  Babək rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyen...
Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
img

Qida təhlükəsizliyi – Agentliyin formalaşma prosesi, əsas nəticələr və istiqamətlər