Daxil olmuş şikayət əsasında Agentliyin əməkdaşları tərəfindən Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, ev 2D ünvanında fəaliyyət göstərən “Bolmart” supermarketində plandankənar yoxlama həyata keçirilmiş, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunmuşdur. Belə ki, marketdə kərə yağlarının satışı zamanı temperatur rejiminə əməl edilmədiyi, qatıq və kərə məhsullarında aşkar kiflənmə əlamətinin müşahidə edildiyi və anbarda mal qonşuluğu prinsipinə əməl olunmadığı müəyyən edilmişdir. Faktla bağlı marketin vəzifəli şəxsi barəsində inzibati tədbir görülüb, icrası məcburi göstərişlər verilib.
Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirləri bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş halların qarşısı alınacaqdır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunan "Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları"nın ümumi tələbləri ilə bağlı təlimdə Naxçıvan Muxtar Respulikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları iştirak ediblər
Naxçıvan Tibb Kollecində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Healthy Life: Region Gənclərinin Sağlam Həyat Tərzi” formunda Agentliyin şöbə müdiri Orxan Orucov panel müzakirədə “Sağlam qida vərdişləri: Müasir çağırışlar və imkanlar” mövzusunda çıxış edib, forum iştirakçılarının sualları cavablandırılıb.
Babək rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilib
Giriş