header-img
Təhlükəsiz qida ilə sağlam gələcəyə!
Babək rayonunda fəaliyyət göstərən ilkin istehsal müəssisəsində nöqsanlar aşkarlanıb
10 aprel 2026 10:09
 

Agentlik tərəfindən Babək rayon, Hacıvar kəndində fəaliyyət göstərən Qafarov Rüstəm Şəmil oğluna məxsus ilkin istehsal müəssisəsində aparılan planlı yoxlama zamanı nöqsanlar aşkar edilmişdir. Belə ki, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin saxlanması üçün xüsusi yerlərin təşkil edilmədiyi, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin gigiyena qaydalarına düzgün riayət etmədikləri, xüsusi geyim formasının olmadığı, döşəmə, divar və tavan səthlərinin tamlığının pozulduğu, sexdə temperaturun monitorinqinin qeydiyyatının aparılmadığı, ilkin istehsal məhsullarının saxlama anbarları və daşınması üçün istifadə olunan nəqliyyat vasitəsinin təmiz saxlanılmadığı və müntəzəm olaraq dezinfeksiya edilmədiyi aşkarlanmışdır. Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilmiş, sahibkar barəsində inzibati protokol tərtib olunmuşdur. Bu kimi halların baş verməməsi məqsədilə Agentlik tərəfindən mütəmadi olaraq bütün qida obyektləri dəfələrlə maarifləndirilmiş və müvafiq göstərişlər verilmişdir. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcəkdir.

Çap

Supermarketdə plandankənar yoxlamalar aparılıb

main-news
18 mart 2024 12:35
Daxil olmuş şikayət əsasında Agentliyin əməkdaşları tərəfindən Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, ev 2D ünvanında fəaliyyət göstərən “Bolmart” supermarketində plandankənar yoxlama həyata keçirilmiş, yo...

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mənşəyi bilinməyən saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

main-news
28 mart 2024 00:14
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri zamanı satış yerlərində olan “Saklıvadi” əmtəə nişanlı zeytun yağlarının fərqli qablaşdırılması və ...

Şirniyyat istehsalı müəssisəsində ciddi nöqsanlar aşkarlanıb

main-news
09 aprel 2024 00:16
Agentlik əməkdaşları tərəfindən Naxçıvan şəhərində fəaliyyət göstərən şirniyyat istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ...
Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
img

Qida təhlükəsizliyi – Agentliyin formalaşma prosesi, əsas nəticələr və istiqamətlər