header-img
Təhlükəsiz qida ilə sağlam gələcəyə!
Dönərxanalarda nəzarət tədbirləri daha da gücləndirilir
10 iyul 2025 14:24

Dönərxanalarda nəzarət tədbirləri daha da gücləndirilir

Dönərxanalarda kütləvi qida zəhərlənmələrinin intensiv hal almasını nəzərə alaraq qabaqlayıcı tədbirlərin görülməsi, istehlakçı hüquqlarının qorunması istiqamətində nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Agentlikdə müvafiq əmrlə işçi qrupu yaradılmışdır.
İşçi qrupu tərəfindən istirahət və bayram günləri də daxil olmaqla muxtar respublikada fəaliyyət göstərən dönərxanalarda həyata keçirilmiş monitorinqlər zamanı 38 dönərxanada sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyi sahəsindəki texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkar olunmuşdur.
Belə ki, sözügedən dönərxanalarda izləmə sisteminin tətbiq olunmadığı, dönərə əlavə edilməsi nəzərdə tutulan mayonez və sousların müvafiq temperaturda saxlanmadığı, çiy dönərin donunun açılması prosesinin düzgün şəraitdə həyata keçirilmədiyi, ötən günlərdən qalıq qalmış bişmiş dönərin növbəti günlərdə istehlakçılara təqdim olunduğu, işçilərin ilkin və dövri tibbi müayinələrə cəlb edilmədiyi, mal qonşuluğu prinsipinə əməl edilmədiyi, bəzi dönərxanalarda su-kanalizasiya sisteminin olmadığı, dönər aparatlarının nasazlığı və ət dönərlərinin müşayiətedici sənədlərinin olmadığı müəyyən edilmişdir. Aparılan dövlət nəzarəti tədbirləri çərçivəsində qeyd olunan nöqsanların aradan qaldırılması təmin edilmişdir.
Şübhəli məhsul hesab edilən çiy dönər, bişmiş dönər, mayonez və souslardan nümunələr götürülərək NQTİ və AQTİ-nin müvafiq laboratoriyalarına təqdim edilmiş, uyğunsuzluq aşkarlanmış məhsullar barəsində müvafiq qərar qəbul olunaraq icra edilmişdir. Nəzarət tədbirləri zamanı yararlılıq müddəti bitmiş 1150 kq çiy dönər məhsulu dövriyyədən kənarlaşdırılmışdır. Sözügedən məhsul barədə qanunvericiliyə uyğun olaraq müvafiq qərar veriləcəkdir.
Daha ciddi nöqsanların aşkarlandığı 6 dönərxananın fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılmış, təkrar baxış zamanı verilmiş tapşırıqların icrası təmin olunan obyektlərin fəaliyyətinə icazə verilmişdir.
Bir daha qida subyektlərindən öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun təşkil etmələri xahiş olunur.
Nəzarət tədbirləri Agentlik tərəfindən bundan sonra da davam etdiriləcəkdir.

Çap

Supermarketdə plandankənar yoxlamalar aparılıb

main-news
18 mart 2024 12:35
Daxil olmuş şikayət əsasında Agentliyin əməkdaşları tərəfindən Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, ev 2D ünvanında fəaliyyət göstərən “Bolmart” supermarketində plandankənar yoxlama həyata keçirilmiş, yo...

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mənşəyi bilinməyən saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

main-news
28 mart 2024 00:14
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri zamanı satış yerlərində olan “Saklıvadi” əmtəə nişanlı zeytun yağlarının fərqli qablaşdırılması və ...

Şirniyyat istehsalı müəssisəsində ciddi nöqsanlar aşkarlanıb

main-news
09 aprel 2024 00:16
Agentlik əməkdaşları tərəfindən Naxçıvan şəhərində fəaliyyət göstərən şirniyyat istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ...
Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
img

Qida təhlükəsizliyi – Agentliyin formalaşma prosesi, əsas nəticələr və istiqamətlər