header-img
Təhlükəsiz qida ilə sağlam gələcəyə!
Naxçıvan Muxtar Respublikası İri və xırdabuynuzlu heyvanlar arasında epizootoloji monitorinqlər keçirilir
30 avqust 2024 03:26

2024-cü il üçün epizootiya əleyhinə Tədbirlər Planına əsasən, epizootoloji monitorinqlər müddətində peyvənd olunduqdan sonra immun fonun təyin olunması və xüsusi təhlükəli xəstəliklərə görə epizootoloji şəraitin öyrənilməsi məqsədilə tədbirlər davam etdirilir.

Bununla əlaqədar, Naxçıvan Muxtar Respublikası ərazisində 1 şəhər və 7 rayon üzrə təsadüfi seçmə üsulu ilə iri və xırdabuynuzlu heyvanların saxlandığı fərdi və fermer təsərrüfatlarında epizootoloji monitorinqlər keçirilir.

Monitorinqlər zamanı xüsusi təhlükəli xəstəliklərə qarşı laborator müayinələrin aparılması üçün diaqnostik nümunələr götürülür, habelə təsərrüfatlar üzrə ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri aparılır. Monitorinqlər çərçivəsində epizootoloji məlumatlar və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect 5” proqramına daxil olunacaq.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Mərkəzinin mütəxəssisləri iştirak edirlər.

Müvafiq müayinələrin aparılması məqsədilə götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına təqdim olunacaqdır.

Çap

Supermarketdə plandankənar yoxlamalar aparılıb

main-news
18 mart 2024 12:35
Daxil olmuş şikayət əsasında Agentliyin əməkdaşları tərəfindən Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, ev 2D ünvanında fəaliyyət göstərən “Bolmart” supermarketində plandankənar yoxlama həyata keçirilmiş, yo...

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mənşəyi bilinməyən saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

main-news
28 mart 2024 00:14
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri zamanı satış yerlərində olan “Saklıvadi” əmtəə nişanlı zeytun yağlarının fərqli qablaşdırılması və ...

Şirniyyat istehsalı müəssisəsində ciddi nöqsanlar aşkarlanıb

main-news
09 aprel 2024 00:16
Agentlik əməkdaşları tərəfindən Naxçıvan şəhərində fəaliyyət göstərən şirniyyat istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ...
img

Sahibsiz heyvanlara təmasda yoluxma riski var