Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyində maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə “Fövqəladə hallara hazırlığın vəziyyəti diqqət mərkəzində saxlanılır, fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə yanğın təhlükəsizliyi qaydaları, yanğınların qarşısının alınması, dəm qazından zəhərlənmə və boğulma hallarından qorunma, fövqəladə vəziyyət zamanı düzgün davranış qaydaları barədə ətraflı məlumat verilib.
Həmçinin baş vermiş hadisələrdən nümunələr diqqətə çatdırılıb, əməkdaşların sualları cavablandırılıb və təhlükəsizliklə bağlı faydalı tövsiyələr verilib.
Babək rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilmib.
Culfa rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilib.
Ordubad rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilib
Giriş