header-img
Təhlükəsiz qida ilə sağlam gələcəyə!
"Təhsil müəssisələrində qidalanmanın təşkili və sağlam məktəbli” mövzusunda maarifləndirici görüş keçirilib
16 may 2025 11:24


Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş
“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət
Planı”nın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin
monitorinqi üzrə meyarlar”ın təsdiq edilməsi haqqında 2025-ci il 1 aprel tarixli 94 nömrəli Qərarının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə birgə Naxçıvan şəhərində yerləşən 7 nömrəli tam orta məktəbdə “təhsil müəssisələrində qidalanmanın təşkili və sağlam məktəbli” mövzusunda maarifləndirici görüş keçirilmişdir. Görüşdə Naxçıvan şəhərində fəaliyyət göstərən təhsil və məktəbəqədər təhsil müəssisələrinin vəzifəli şəxsləri, qida blokunun işçiləri, valideyinlər və şagirdlər iştirak etmişlər. Görüş zamanı Agentliyin əməkdaşları tərəfindən bu istiqamətdə görülmüş işlər və nəzarət tədbirləri, qidalanmanın düzgün təşkili barədə ətraflı məlumat vermiş, suallar cavablandırılmış və sonda iştirakçılara maarifləndirici bukletlər təqdim olunmuşdur. Bu kimi görüşlər muxtar respublikanın digər rayonlarında da keçiriləcəkdir.

Çap

Şahbuz Rayon İcra Hakimiyyəti başçısının Kükü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binasında əhali arasında maarifləndirmə və təbliğat işləri çərçivəsində " Turizm obyektlərində qida təhlükəsizliyinin təmin edilməsi" mövzusunda tədbir keçirilib.

main-news
11 oktyabr 2024 02:58
  Şahbuz Rayon İcra Hakimiyyəti başçısının Kükü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binasında əhali arasında maarifləndirmə və təbliğat işləri çərçivəsində " Turizm obyektlərində qida...

Babək rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilib

main-news
11 mart 2024 22:47
  Babək rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyen...

Culfa rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilib

main-news
13 mart 2024 22:53
  Culfa rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyen...
Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
img

“Təhsil müəssisələrində qidalanmanın təşkili və sağlam məktəbli” mövzusunda maarifləndirici görüş keçirilib.