Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən quşçuluq müəssisələrinin sahibkarları ilə maarifləndirici görüş keçirilib
02 aprel 2025 13:00
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (bundan sonra - ÜHST) yayımladığı məlumatlara əsasən, yüksək patogen quş qripi (bundan sonra-YPQQ) xəstəliyinin yaratdığı gərginlik artaraq getdikcə daha kəskin xarakter almaqdadır. Belə ki, xəstəlik mənşə etibarilə ancaq quşlarda başvermə xüsusiyyətindən çıxaraq digər növlərə aid olan məhsuldar ev heyvanlarında və vəhşi heyvanlarda, o cümlədən suda yaşayan heyvanlarda da aşkar edilmişdir. 2024-cü ilin noyabr ayı ərzində quşlardan başqa otuz heyvan növündə sözügedən xəstəliyə rast gəlinmişdir. Xüsusilə, ABŞ-da südlük qaramalda xəstəliyin aşkar edilməsi dünya ictimaiyyətində ciddi narahatlıq doğurur. Avropa Qida Təhlükəsizliyi Təşkilatı artan dinamika ilə davam edən xəstəliyin Şimal yarımkürəsinə yayılaraq endemik xarakter almasını ciddi şəkildə bildirmişdir. YPQQ virusu növ baryerlərini aşmaqla vəhşi və ev heyvanları, habelə insanlar üçün ciddi təhlükə törədə bilər. Ölkəmizin YPQQ-yə görə hazırlıq səviyyəsi daimi olaraq diqqət mərkəzində saxlanılmaqla il ərzində minimum yeddi dəfə epizootoloji monitorinqlər keçirilir və yekun hesabatlar ÜHST-ə təqdim edilir. Təsadüfi deyil ki, 2024-cü ildə ölkəmizin YPQQ-dən azad olma statusu ÜHST tərəfindən təsdiq edilmişdir. Bununla yanaşı, hazırda dünyada yaranmış epizootik vəziyyətlə əlaqədar gücləndirilmiş profilaktik tədbirlərin həyata keçirilməsinə zərurət yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, muxtar respublika ərazisində bioloji təhlükəsizliyin qorunması məqsədilə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən quşçuluq müəssisələrinin sahibkarları ilə maarifləndirici görüş keçirilmiş və məlumat xarakterli bildirişlər paylanılmışdır.Həmçinin sahibkarlara müəssisədə olan quşlar arasında hər hansı şübhəli hal baş verərsə aidiyyatı üzrə dərhal məlumat verilməsi tövsiyyə edilmişdir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunan "Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları"nın ümumi tələbləri ilə bağlı təlimdə Naxçıvan Muxtar Respulikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları iştirak ediblər

28 fevral 2024 04:13
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunan "Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları"nın ümumi tələbləri ilə bağlı ...
Naxçıvan Tibb Kollecində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Healthy Life: Region Gənclərinin Sağlam Həyat Tərzi” formunda Agentliyin şöbə müdiri Orxan Orucov panel müzakirədə “Sağlam qida vərdişləri: Müasir çağırışlar və imkanlar” mövzusunda çıxış edib, forum iştirakçılarının sualları cavablandırılıb.

30 oktyabr 2024 04:18
Naxçıvan Tibb Kollecində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Healthy Life: Region Gənclərinin Sağlam ...
Babək rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilib

11 mart 2024 03:42
Babək rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyen...
Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
