header-img
Təhlükəsiz qida ilə sağlam gələcəyə!
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mənşəyi bilinməyən saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
28 mart 2024 00:28

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mənşəyi bilinməyən saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri zamanı satış yerlərində olan “Saklıvadi” əmtəə nişanlı zeytun yağlarının fərqli qablaşdırılması və etiketlənməsi, idxal sağlamlıq aktı və müvafiq müşaiyətedici sənədlərinin olmaması bu məhsulların həqiqiliyi və mənşəyi barədə əsaslı şübhələr yaratmışdır.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq Agentlik tərəfindən dərhal müvafiq tədbirlər görülmüşdür. Belə ki, muxtar respublikada fəaliyyət göstərən 1 topdansatış anbarında 145 ədəd, 40 pərakəndə satış mağazasında 196 ədəd olmaqla ümumilikdə satışda olan 341 ədəd 5 ltirlik qablaşdırmada “Saklıvadi” əmtəə nişanlı zeytun yağlarının toxunulmaması təmin edilərək dövriyyəsi dayandırılmışdır. Adıçəkilən məhsullardan sınaq məqsədilə 3 ədəd nümunə seçilərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunmuşdur.
Sınaq nəticələrinə əsasən hər üç yağ nümunəsində keyfiyyət göstəricilərində bır sıra uyğunsuzluqlar aşkar edilmiş, bundan əlavə yağ-turşu tərkibi üzrə əldə olunan müayinə nəticələrinə əsasən məhsulun təmiz zeytun yağı deyil, bitki mənşəli yağ qarışığından ibarət olduğu müəyyən edilmişdir.
İnsanların həyat və sağlamlığı baxımından vəziyyətin ciddiliyini nəzərə alaraq Agentlik tərəfindən müvafiq tədbirlər görülmüşdür. Belə ki, 338 ədəd 5 litrlik qablaşdırmada (1690 litr) “Saklıvadi” əmtəə nişanlı saxta zeytun yağlarının utilizasiyası barədə qərar qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri bundan sonra da davam etdirəcəkdir.

Çap

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunan "Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları"nın ümumi tələbləri ilə bağlı təlimdə Naxçıvan Muxtar Respulikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları iştirak ediblər

main-news
28 fevral 2024 04:13
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunan "Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları"nın ümumi tələbləri ilə bağlı ...

Naxçıvan Tibb Kollecində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Healthy Life: Region Gənclərinin Sağlam Həyat Tərzi” formunda Agentliyin şöbə müdiri Orxan Orucov panel müzakirədə “Sağlam qida vərdişləri: Müasir çağırışlar və imkanlar” mövzusunda çıxış edib, forum iştirakçılarının sualları cavablandırılıb.

main-news
30 oktyabr 2024 04:18
  Naxçıvan Tibb Kollecində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Healthy Life: Region Gənclərinin Sağlam ...

Babək rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyena tələbləri, qida servisi, satışı və istehlakı, qida blokunun işçi heyətinin şəxsi gigiyena qaydalarına dair” maarifləndirici görüş keçirilib

main-news
11 mart 2024 03:42
  Babək rayon təhsil şöbəsində Agentliyin əməkdaşları ilə məktəb direktorları və bufetçilərlə “Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda gigiyen...
Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
img

Qida təhlükəsizliyi – Agentliyin formalaşma prosesi, əsas nəticələr və istiqamətlər