header-img
Təhlükəsiz qida ilə sağlam gələcəyə!
Naxçıvan şəhərində fəaliyyət göstərən “Nəsimi-M” çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
17 mart 2026 10:03

Agentlik tərəfindən Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi ev 72 ünvanında fəaliyyət göstərən Muradova Afilə Qadir qızına məxsus “Nəsimi-M” çörək emalı müəssisəsində aparılan planlı yoxlama zamanı ciddi nöqsanlar aşkar edilmişdir. Belə ki, döşəmə, divar və tavan səthlərinin tamlığının pozulduğu, giriş qapısı və xaricə açılan pəncərələrin qoruyucu tor örtüklə təmin edilmədiyi, əllərin yuyulması üçün sahələr müvafiq qaydada yerləşdirilmiş əlyuma çanaqları ilə təchiz olunmadığı, qida obyektində dezinfeksiya işlərinin aparılmadığı, birdəfəlik nəzərdə tutulan qablardan təkrar istifadə olunduğu, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin saxlanması üçün xüsusi yerlərin təşkil edilmədiyi, tullantıların ağzı kip bağlanan, qoxu yaymayan və su keçirməyən paketlərdə, tullantılar üçün ayrılmış xüsusi qablarda saxlanılmadığı aşkarlanmışdır. Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilmiş, sahibkar barəsində inzibati protokol tərtib olunmuşdur. Bu kimi halların baş verməməsi məqsədilə Agentlik tərəfindən mütəmadi olaraq bütün qida obyektləri dəfələrlə maarifləndirilmiş və müvafiq göstərişlər verilmişdir. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcəkdir.

Çap

Supermarketdə plandankənar yoxlamalar aparılıb

main-news
18 mart 2024 12:35
Daxil olmuş şikayət əsasında Agentliyin əməkdaşları tərəfindən Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, ev 2D ünvanında fəaliyyət göstərən “Bolmart” supermarketində plandankənar yoxlama həyata keçirilmiş, yo...

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mənşəyi bilinməyən saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

main-news
28 mart 2024 00:14
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri zamanı satış yerlərində olan “Saklıvadi” əmtəə nişanlı zeytun yağlarının fərqli qablaşdırılması və ...

Şirniyyat istehsalı müəssisəsində ciddi nöqsanlar aşkarlanıb

main-news
09 aprel 2024 00:16
Agentlik əməkdaşları tərəfindən Naxçıvan şəhərində fəaliyyət göstərən şirniyyat istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ...
Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
img

Qida təhlükəsizliyi – Agentliyin formalaşma prosesi, əsas nəticələr və istiqamətlər