Agentlik tərəfindən Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi ev 50 ünvanında fəaliyyət göstərən Quliyev Elman Səttar oğluna məxsus “Ukrayna” restoranında aparılan planlı yoxlama zamanı nöqsanlar aşkar edilmişdir.
Mətbəxdə döşəmə, divar və tavan səthlərinin tamlığının pozulduğu, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin saxlanması üçün xüsusi yerlərin təşkil edilmədiyi, birdəfəlik nəzərdə tutulan qablaşdırma vasitələrindən təkrar istifadə olunduğu, soyuducunun rəflərinin korroziyaya uğradığı, soyuducuda mal qonşuluğu prinsipinə əməl olunmadığı aşkarlanmışdır. Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilmiş, sahibkar barəsində inzibati protokol tərtib olunmuşdur. Bu kimi halların baş verməməsi məqsədilə Agentlik tərəfindən mütəmadi olaraq bütün qida obyektləri dəfələrlə maarifləndirilmiş və müvafiq göstərişlər verilmişdir. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcəkdir.
Supermarketdə plandankənar yoxlamalar aparılıb
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mənşəyi bilinməyən saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
Giriş