Ordubad şəhərində fəaliyyət göstərən dönərxanada nöqsanlar aşkarlanıb
18 mart 2026 11:21
Agentlik tərəfindən Ordubad şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən Orucov Turac Yəmən oğluna məxsus dönərxanada aparılan planlı yoxlama zamanı ciddi nöqsanlar aşkar edilmişdir. Belə ki, kanalizasiya qurğularının çirklənmə riskinin yaranmasını istisna edəcək vəziyyətdə qurulmadığı, divarlar həyata keçirilən əməliyyat növünə uyğun olaraq münasib hündürlükdə hamar, dezinfeksiyaedici maddələrin təsirinə davamlı səthə malik olmadığı, qida ilə təmasda olan alət və avadanlıqların yuyulması üçün ayrıca yuma çanaqları ilə təmin olunmadığı, temperatur rejiminə əməl olunmadığı aşkarlanmışdır. Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilmiş, sahibkar barəsində inzibati protokol tərtib olunmuşdur. Bu kimi halların baş verməməsi məqsədilə Agentlik tərəfindən mütəmadi olaraq bütün qida obyektləri dəfələrlə maarifləndirilmiş və müvafiq göstərişlər verilmişdir. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcəkdir.
Supermarketdə plandankənar yoxlamalar aparılıb
18 mart 2024 12:35
Daxil olmuş şikayət əsasında Agentliyin əməkdaşları tərəfindən Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, ev 2D ünvanında fəaliyyət göstərən “Bolmart” supermarketində plandankənar yoxlama həyata keçirilmiş, yo...
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mənşəyi bilinməyən saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
28 mart 2024 00:14
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri zamanı satış yerlərində olan “Saklıvadi” əmtəə nişanlı zeytun yağlarının fərqli qablaşdırılması və ...
Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
Giriş