Agentlik tərəfindən Ordubad şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən İbrahimov Əmir İbrahim oğluna məxsus ət satışı mağazasında aparılan planlı yoxlama zamanı ciddi nöqsanlar aşkar edilmişdir. Belə ki, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, dezinfeksiya işlərinin aparılmadığı, çirkli suların axıdılması üçün kanalizasiya xəttinin mövcud olmadığı və obyektin təmirə ehtiyacının olduğu aşkarlanmışdır. Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilmiş, sahibkar barəsində inzibati protokol tərtib olunmuş və çatışmazlıqlar aradan qaldırılanadək mağazanın fəaliyyəti məhdudlaşdırılmışdır. Agentlik tərəfindən bu kimi halların baş verməməsi məqsədilə bütün qida obyektləri dəfələrlə maarifləndirilmiş və müvafiq göstərişlər verilmişdir. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcəkdir.
Supermarketdə plandankənar yoxlamalar aparılıb
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mənşəyi bilinməyən saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
Giriş