header-img
Təhlükəsiz qida ilə sağlam gələcəyə!
"Panorama" restoranında ciddi nöqsanlar aşkarlanıb
25 iyul 2025 10:06

Agentlik tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Naxçıvan şəhəri Ə.Əliyev küçəsində fəaliyyət göstərən “Panorama” restoranında gigiyenik qaydalara əməl olunmadığı, istehlak üçün yararsız qida məhsullarının satışının həyata keçirildiyi, dezinfeksiya işlərinin aparılmadığı, mal qonşuluğu prinsipinə və temperatur rejiminə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi, tullantıların vaxtında kənarlaşdırılmadığı və havalandırma sisteminin mövcud olmadığı aşkarlanmaşdır. Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilmiş və çatışmazlıqlar aradan qaldırılanadək restoranın fəaliyyəti məhdudlaşdırılmışdır. Bu kimi halların baş verməməsi məqsədilə Agentlik tərəfindən bütün ictimai iaşə obyektləri dəfələrlə maarifləndirilmiş və müvafiq göstərişlər verilmişdir. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri  tədbirlər görüləcəkdir.

Çap

Supermarketdə plandankənar yoxlamalar aparılıb

main-news
18 mart 2024 12:35
Daxil olmuş şikayət əsasında Agentliyin əməkdaşları tərəfindən Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, ev 2D ünvanında fəaliyyət göstərən “Bolmart” supermarketində plandankənar yoxlama həyata keçirilmiş, yo...

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mənşəyi bilinməyən saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

main-news
28 mart 2024 00:14
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri zamanı satış yerlərində olan “Saklıvadi” əmtəə nişanlı zeytun yağlarının fərqli qablaşdırılması və ...

Şirniyyat istehsalı müəssisəsində ciddi nöqsanlar aşkarlanıb

main-news
09 aprel 2024 00:16
Agentlik əməkdaşları tərəfindən Naxçıvan şəhərində fəaliyyət göstərən şirniyyat istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ...
Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
img

Qida təhlükəsizliyi – Agentliyin formalaşma prosesi, əsas nəticələr və istiqamətlər