Şərur şəhərində fəaliyyət göstərən dönərxanada nöqsanlar aşkarlanıb
31 mart 2026 09:33
Agentlik tərəfindən Şərur şəhəri, M.Müşfiq küçəsində yerləşən “Yaşıl bazar” ərazisində fəaliyyət göstərən Abbasov Bəylər Teymur oğluna məxsus dönərxanada aparılan planlı yoxlama zamanı ciddi nöqsanlar aşkar edilmişdir. Belə ki, 1 nəfər işçinin ilkin və dövri tibbi müayinələrdən keçmədiyi, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin saxlanması üçün xüsusi yerlərin təşkil edilmədiyi, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qablaşdırma vasitələrindən təkrar istifadə olunduğu, soyuducunun rəflərinin korroziyaya uğradığı, temperatur rejiminə əməl olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, qida məhsullarının yuyulması üçün istifadə edilən yuma çanağının müvafiq qaydada axar isti su ilə təmin edilmədiyi, dönərçinin xüsusi geyim formasının olmadığı, işçi heyətin dolablar və sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə otaqları ilə təmin edilmədiyi, xaricə açılan pəncərə və qapıda həşəratların daxilə keçməsinin qarşısını alan və təmizləmə zamanı asanlıqla çıxarılan qoruyucu tor örtüklə təmin olunmadığı aşkarlanmışdır. Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün göstərişlər verilmiş, sahibkar barəsində inzibati protokol tərtib olunmuş və dönərxanada çalışan 1 nəfər işçi dövri tibbi müayinədən keçmədiyi üçün müvafiq məhdudlaşdırıcı qərar qəbul edilmişdir. Bu kimi halların baş verməməsi məqsədilə Agentlik tərəfindən mütəmadi olaraq bütün qida obyektləri dəfələrlə maarifləndirilmiş və müvafiq göstərişlər verilmişdir. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcəkdir.
Supermarketdə plandankənar yoxlamalar aparılıb
18 mart 2024 12:35
Daxil olmuş şikayət əsasında Agentliyin əməkdaşları tərəfindən Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, ev 2D ünvanında fəaliyyət göstərən “Bolmart” supermarketində plandankənar yoxlama həyata keçirilmiş, yo...
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mənşəyi bilinməyən saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
28 mart 2024 00:14
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri zamanı satış yerlərində olan “Saklıvadi” əmtəə nişanlı zeytun yağlarının fərqli qablaşdırılması və ...
Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
Giriş