Şərur şəhərində fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb
31 mart 2026 09:35
Agentlik tərəfindən Şərur şəhəri, K.Seyidov küçəsində fəaliyyət göstərən Rzayev Salam Xeyrulla oğluna məxsus kafedə aparılan planlı yoxlama zamanı ciddi nöqsanlar aşkar edilmişdir. Belə ki, Qida obyektinin qeydiyyatının olmadığı, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin saxlanması üçün xüsusi yerlərin təşkil edilmədiyi, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qablaşdırma vasitələrindən təkrar istifadə olunduğu, soyuducunun rəflərinin korroziyaya uğradığı, qida məhsulu ilə təmasda olan altlıqların təmiz saxlanılmadığı və yararsız vəziyyətdə olduğu, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin xüsusi geyim formasının olmadığı, işçi heyətin dolablar və sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə otaqları ilə təmin edilmədiyi aşkarlanmışdır. Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilmiş, sahibkar barəsində inzibati protokol tərtib olunmuşdur. Bu kimi halların baş verməməsi məqsədilə Agentlik tərəfindən mütəmadi olaraq bütün qida obyektləri dəfələrlə maarifləndirilmiş və müvafiq göstərişlər verilmişdir. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcəkdir.
Supermarketdə plandankənar yoxlamalar aparılıb
18 mart 2024 12:35
Daxil olmuş şikayət əsasında Agentliyin əməkdaşları tərəfindən Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, ev 2D ünvanında fəaliyyət göstərən “Bolmart” supermarketində plandankənar yoxlama həyata keçirilmiş, yo...
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mənşəyi bilinməyən saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
28 mart 2024 00:14
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri zamanı satış yerlərində olan “Saklıvadi” əmtəə nişanlı zeytun yağlarının fərqli qablaşdırılması və ...
Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
Giriş