header-img
Təhlükəsiz qida ilə sağlam gələcəyə!
Ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
24 aprel 2024 23:38

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilən nəzarət tədbirləri çərçivəsində muxtar respublikada fəaliyyət göstərən bir sıra ticarət obyektlərində Agentlik əməkdaşları tərəfindən monitorinq keçirilmişdir.

Monitorinqlər zamanı ticarət obyektlərində markalanması və qablaşdırılması qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən saxta alkoqollu içkilər aşkarlanmışdır. Belə ki, məhsulların bir sıra göstəricilərinin orijinaldan fərqləndiyi, başlıq hissələrinin butulkalara kustar üsulla bərkidildiyi, hər bir butulkanın fərqli ölçüdə doldurulduğu, eyni zamanda məhsulların üzərində istehsal tarixlərinin və istehsalçı haqqında məlumatların qeyd olunmadığı aşkar edilmişdir. Faktla bağlı sözügedən məhsullar ticarət obyektlərindən satışdan çıxarılaraq geri çağırılmışdır. Agentlik tərəfindən məhsulların məhv edilməsi barədə müvafiq qərar qəbul edilmişdir.

NQTA tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirləri bundan sonra da davam etdiriləcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.

Çap

“Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” yaradılıb

main-news
18 mart 2024 04:50
  Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun 18 mart 2024-cü il tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin...

Aprelin 30-da Naxçıvanda “Sahibkarlar Günü: Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda tədbir keçirilib.

main-news
30 aprel 2024 21:13
  Aprelin 30-da Naxçıvanda “Sahibkarlar Günü: Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda tədbir keçirilib. ...

Türkiyə Respublikasının Ticarət Nazirliyinin departament rəhbəri Mustafa Yavuzun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olub.

main-news
15 may 2024 21:30
Səfər çərçivəsində qonaqlar Ümummilli Liderimizin Naxçıvan şəhərindəki abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təşəbbüsü, Naxçıvan Muxt...
Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ
img

Agentliyin qida zəncirinə nəzarət şöbəsinin müdiri Orxan Orucov Naxçıvan televiziyasında yayınlanan “Günaydın” verilişinin qonağı olub. Verilişdə muxtar respublikada dönərxanalarda baş vermiş qida zəhərlənmələri və aparılan nəzarət tədbirləri barədə məlumat verib

Digərləri