header-img
Təhlükəsiz qida ilə sağlam gələcəyə!
Ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
24 aprel 2024 00:38

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilən nəzarət tədbirləri çərçivəsində muxtar respublikada fəaliyyət göstərən bir sıra ticarət obyektlərində Agentlik əməkdaşları tərəfindən monitorinq keçirilmişdir.

Monitorinqlər zamanı ticarət obyektlərində markalanması və qablaşdırılması qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən saxta alkoqollu içkilər aşkarlanmışdır. Belə ki, məhsulların bir sıra göstəricilərinin orijinaldan fərqləndiyi, başlıq hissələrinin butulkalara kustar üsulla bərkidildiyi, hər bir butulkanın fərqli ölçüdə doldurulduğu, eyni zamanda məhsulların üzərində istehsal tarixlərinin və istehsalçı haqqında məlumatların qeyd olunmadığı aşkar edilmişdir. Faktla bağlı sözügedən məhsullar ticarət obyektlərindən satışdan çıxarılaraq geri çağırılmışdır. Agentlik tərəfindən məhsulların məhv edilməsi barədə müvafiq qərar qəbul edilmişdir.

NQTA tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirləri bundan sonra da davam etdiriləcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.

Çap

Supermarketdə plandankənar yoxlamalar aparılıb

main-news
18 mart 2024 12:35
Daxil olmuş şikayət əsasında Agentliyin əməkdaşları tərəfindən Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, ev 2D ünvanında fəaliyyət göstərən “Bolmart” supermarketində plandankənar yoxlama həyata keçirilmiş, yo...

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mənşəyi bilinməyən saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

main-news
28 mart 2024 00:14
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri zamanı satış yerlərində olan “Saklıvadi” əmtəə nişanlı zeytun yağlarının fərqli qablaşdırılması və ...

Şirniyyat istehsalı müəssisəsində ciddi nöqsanlar aşkarlanıb

main-news
09 aprel 2024 00:16
Agentlik əməkdaşları tərəfindən Naxçıvan şəhərində fəaliyyət göstərən şirniyyat istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ...
img

Sahibsiz heyvanlara təmasda yoluxma riski var