Ticarət və satış şəbəkələrində monitorinqlər keçirilib
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Babək rayonu ərazisində fəaliyyət göstərən ticarət və satış şəbəkələrində monitorinqlər keçirib.
Baxış zamanı müxtəlif çeşiddə qablaşdırılmış içməli suların bəzi market və satış şəbəkələrinin qarşısında açıq hava şəraitində temperatur rejiminə riayət edilmədən, birbaşa günəş şüaları altında, yerdən məsafə gözlənilmədən saxlanıldığı müşahidə olunub.
Nöqsanların dərhal aradan qaldırılması ilə bağlı göstərişlər verilib. Məhsulların etiket məlumatlarında qeyd edildiyi kimi, günəş şüalarından qorunan, sərin yerdə, divar və döşəmədən məsafə gözlənilərək, temperatur rejiminə riayət olunaraq saxlanılması təmin edilib. Həmçinin sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub. Qeyd olunan nöqsanlar aşkar edilən sahibkarlar barəsində inzibati xətalar məcəlləsinə uyğun tədbirlər görülüb.
İstehlakçılardan xahiş edirik ki, bu sahədə rastlaşdıqları uyğunsuzluqlarla bağlı Agentliyin info@nfsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya +994 (36) 545-28-83 nömrəsi ilə əlaqə saxlayaraq məlumat versinlər.
Supermarketdə plandankənar yoxlamalar aparılıb
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mənşəyi bilinməyən saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
Giriş